“Barselona” Tyaqonu geri qaytarır

Xəbərlər
29 Dekabr 2023 18:39
126
“Barselona” Tyaqonu geri qaytarır

İspaniyalı yarımmüdafiəçinin “Barselona”ya dönmək şansı qazanıb.

İdman.biz xəbər verir ki, Tyaqo Alkantara keçmiş komandasından təklif alıb.

“Liverpul”un heyətinə düşməkdə çətinlik çəkən 32 yaşlı futbolçunun mövsümün sonunda komanda ilə müqaviləsi başa çatacaq. Alkantara vaxtından əvvəl “qırmızılar”ın heyətini tərk edə bilər. Maliyyə problemləri ilə üzləşən “Barselona” kiçik ödəniş sayəsində yanvarda bu keçidi həll etməyə çalışır.

Qeyd edək ki, Tyaqo 2013-cü ildə Kataloniya klubunu tərk edib. O, bundan sonra “Bavariya” və “Liverpul”un şərəfini qoruyub.

İdman.biz

Məqalədə: