Prestianni irqçiliyə görə 10 oyunluq cəza ilə üzləşə bilər - BBC

18 Fevral 2026 21:13
127
Prestianni irqçiliyə görə 10 oyunluq cəza ilə üzləşə bilər - BBC

UEFA-nın etika və intizam müfəttişi UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Real Madrid”ə qarşı (0:1) oyunda irqçilik əlamətləri aşkar edərsə, “Benfika”nın yarımmüdafiəçisi Canluka Prestianni 10 oyunluq diskvalifikasiya oluna bilər.

İdman.Biz bu barədə BBC-yə istinadən bildirir.

Argentinalı futbolçu “Los Blancos”un hücumçusu Vinisius Juniora qarşı irqçi ifadələr işlətməkdə ittiham olunur.

Bu məcburi cəza 2013-cü ildə hazırkı FIFA prezidenti Canni İnfantino tərəfindən UEFA-nın baş katibi vəzifəsində çalışdığı dövrdə tətbiq edilib.

Bu cəza əvvəllər 2021-ci ildə “Slaviya Praqa” və “Reyncers” arasında keçirilən Avropa Liqası matçından sonra tətbiq olunmuşdu. Çexiya klubunun mərkəz müdafiəçisi Ondrej Kudela rəqib Qlen Kamaraya qarşı irqçi təhqirdə ittiham olunaraq təqsirli bilinib.

İdman.Biz