“Mançester Yunayted” almaniyalı futbolçunu hədəfə alıb

Xəbərlər
25 Dekabr 2023 21:26
120
“Mançester Yunayted” almaniyalı futbolçunu hədəfə alıb

“Mançester Yunayted” Yozux Kimmixi transfer siyahısına daxil edib.

İdman.biz xəbər verir ki, “qırmızı şeytanlar” 28 yaşlı futbolçunun meneceri ilə ilk danışıqlara start veriblər.

Almaniya yığmasının üzvü “Barselona”, “Mançester Siti” və “Liverpul”un da maraq dairəsinə düşüb. 2015-ci ildən Münhen klubunda çıxış edən təcrübəli yarımmümdafiəçinin yayda komandanı tərk etməsi gözlənilir. Onun komanda ilə müqavilə müddəti 2025-ci ilin iyununda bitəcək. Almaniyalı futbolçunun transfer qiyməti 75 milyon avro dəyərləndirilir.

Qeyd edək ki, 2023/24 mövsümündə Kimmix “Bavariya”nln heyətində 20 oyunda meydana çıxıb. O, bu görüşlərdə 1 qol və 6 ötürmə ilə yadda qalıb.

İdman.biz