FIFA DÇ-2026-ya marağın olmamasından narahatdır

17 Fevral 2026 09:08
115
FIFA DÇ-2026-ya marağın olmamasından narahatdır

FIFA qarşıdan gələn 2026-cı il dünya çempionatı ətrafında ajiotajln olmamasından ciddi narahatlığını ifadə edib.

İdman.Biz-in məlumatına görə, təşkilat, turnirin 48 ölkənin iştirak etdiyi ilk Dünya Çempionatı olmasına baxmayaraq, ona olan marağın azlığının səbəbini izah edə bilmir.

“The Touchline”ın "X" sosial şəbəkə hesabının yazdığına görə, bir çox bilet satılmayıb və bu da FIFA rəhbərliyi arasında suallar doğurur. Turnirə cəmi dörd ay qalmasına baxmayaraq, onun miqyası ilə tamaşaçıların və azarkeşlərin gözlənilən marağı üst-üstə düşmür.

Qeyd edək ki, FIFA prezidenti Canni İnfantino ötən ay İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda çıxış edərkən 48 komandanın iştirak edəcəyi 2026-cı il dünya çempionatı üçün rekord rəqəmləri təqdim etmişdi. O qeyd etmişdi ki, üç ölkədəki 16 möhtəşəm stadionda 104 oyun oynanılacaq. Stadionlarda təxminən 7 milyon tamaşaçı, dünyada isə televiziya qarşısında təxminən 6 milyard insan olacaq.

Bilet satışının ilk mərhələsində 500 milyondan çox müraciət aldıqlarını vurğulayan İnfantino onu da demişdi ki, dünya çempionatlarının təxminən 100 illik tarixində FIFA cəmi təxminən 50 milyon bilet satıb. Dörd həftə ərzində 1000 illik dünya çempionatı tarixinə bərabər müraciət alıblar ki, bu da turnirə böyük marağın olduğunu göstərir.

Dünya çempionatı 2026-cı il 11 iyun - 19 iyul tarixlərində üç ölkədə - ABŞ, Kanada və Meksikada keçiriləcək.

İdman.Biz