“Çelsi” və “Bavariya” “Brayton”un qapıçısı uğrunda mübarizəyə başlayıblar

12 Fevral 2026 09:12
85
“Çelsi” və “Bavariya” “Brayton”un qapıçısı uğrunda mübarizəyə başlayıblar

“Brayton”un qapıçısı Bart Verbrüggen Avropanın nəhəng klublarının diqqət mərkəzindədir.

İdman.Biz-in TEAMtalk-a istinadən verdiyi məlumata görə, “Bavariya” niderlandlı futbolçu üçün əsas namizəd hesab olunurdu, lakin indi 23 yaşlı futbolçu üçün mübarizəyə “Çelsi” də qoşulub. London klubu bu transfer üçün 50 milyon funt sterlinq təklif etməyə hazırdır.

Verbrüggen 2023-cü ildə “Anderlext”dən “Brayton”a 20 milyon avroya keçib. Onun ingilis klubu ilə müqaviləsi 30 iyun 2028-ci ilə qədərdir.

Bu mövsüm qapıçı bütün yarışlarda 25 oyun keçirib, 33 qol buraxıb və beş oyunda qapısında qol görməyib.

İdman.Biz