“Barsa” Levandovskini Ərəbistana satmağı planlaşdırır

Xəbərlər
24 Dekabr 2023 15:32
475
“Barsa” Levandovskini Ərəbistana satmağı planlaşdırır

"Barselona"nın nümayəndələri Səudiyyə Ərəbistanında idman agentləri ilə əlaqələri işə salıb.

İdman.biz xəbər verir ki, məqsəd Robert Levandovskinin bu ölkəyə satışını həyata keçirməkdir.

Polşalı forvardın çıxışı "Barselona"da narazılıqlara səbəb olub. Rəhbərlik yayda Robertin Ərəbistan klublarından birinə transferini planlayıb. Komanda ilə 2026-cı ilin yayınadək müqaviləsi olan Levandovskinin transfer qiyməti 20 milyon avro dəyərləndilir.

Qeyd edək ki, hazırki mövsümdə 35 yaşlı futbolçu 21 oyunda 9 qol və 5 ötürmə ilə yadda qalıb.

İdman.biz