“Napoli” “Çelsi”dən ayrılan cinah oyunçusu Rahim Sterlinqlə danışıqlar aparır.
İdman.Biz-in “The Sun”a istinadən məlumatına görə, cinah oyunçusu yarımmüdafiəçi Kevin De Bruyne ilə yenidən birlikdə oynamaq üçün İtaliya klubuna transfer olunmaqda maraqlıdır.
Nəşrin məlumatına görə, Sterlinq və De Bruyne yaxşı dostdurlar və bu da ingilis futbolçunun “Napoli” klubuna qoşula biləcəyini göstərir. Oyunçular 2015-ci ildən 2022-ci ilə qədər “Mançester Siti”də birlikdə oynayıblar. Bundan əlavə, cinah oyunçusu “Çelsi” ilə müqaviləsini ləğv etdikdən sonra maaş tələblərini azaltmağa hazırdır ki, bu da transferi asanlaşdırır.
31 yaşlı futbolçu bu mövsüm “Çelsi”də bir dənə də olsun oyun keçirməyib və əsas komandadan ayrı məşq edir.
“Napoli” bu mövsüm zədələrdən əziyyət çəkir. Hazırda əsas heyətdə doqquz oyunçu zədə səbəbindən kənarda qalıb. Antonio Kontenin komandası hazırda 23 turdan sonra 46 xalla A Seriyasının turnir cədvəlində üçüncü yerdədir.
