Mundial 2026-ya getmək istəyən azərbaycanlıların NƏZƏRİNƏ: ABŞ səfirliyindən VİZA GÜZƏŞTİ - VİDEO

5 Fevral 2026 15:32
126
Mundial 2026-ya getmək istəyən azərbaycanlıların NƏZƏRİNƏ: ABŞ səfirliyindən VİZA GÜZƏŞTİ - VİDEO

ABŞ-nin Azərbaycandakı səfirliyi 2026-cı il futbol üzrə dünya çempionatına bilet əldə edən şəxslər üçün viza müsahibəsinə prioritet qeydiyyat tətbiq edəcək.

İdman.Biz xəbər verir ki, bu barədə səfirliyin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

“FIFA Dünya Kuboku 2026 oyunlarını izləmək məqsədilə bu il ABŞ-yə səfər edəcək bilet sahibləri üçün xoş xəbər - ABŞ vizası üçün prioritet görüş imkanı təqdim edirik! Əgər bileti birbaşa FIFA-dan almısınızsa, indi FIFA PASS proqramına qoşula bilərsiniz”, - səfirliyin məlumatında bildirilib.

Qeyd edək ki, futbol üzrə dünya çempionatı 2026-cı ilin iyun-iyul aylarında ABŞ, Meksika və Kanadanın 16 şəhərində keçiriləcək. Oyunların böyük hissəsi ABŞ-də baş tutacaq.

İdman.Biz