İngiltərə Premyer Liqası: “Sanderlend” “Börnli”ni darmadağın edib - VİDEO

3 Fevral 2026 02:29
141
İngiltərə Premyer Liqası: “Sanderlend” “Börnli”ni darmadağın edib

İngiltərə Premyer Liqasında 24-cü turun son oyunu keçirilib.

İdman.Biz bildirir ki, matçda “Sanderlend” və “Börnli” qarşılaşıblar.

Oyun 3:0 hesabı ilə “Sanderlend”in xeyrinə qurtarıb.

Hesabı 9-cu dəqiqədə Aksel Tuanzebe açıb. Həbib Diarra 32-ci dəqiqədə hesab arasındakı fərqi artırıb. 72-ci dəqiqədə Şəmsdin Talbi yekun hesabı müəyyən edib.

Turnir cədvəlində “Sanderlend” 36 xalla 8-ci yerdədir. “Börnli” 15 xalla 19-cu yerdə qərarlaşıb.

İdman.Biz