“Mançester Siti”nin oyunçusu Çempionşip klubuna keçib

3 Fevral 2026 01:46
127
“Mançester Siti”nin oyunçusu Çempionşip klubuna keçib

Yarımmüdafiəçi Kalvin Filips “Mançester Siti”dən icarə əsasında “Şeffild Yunayted”ə keçib.

İdman.Biz bu barədə “Şeffil”in rəsmi saytına istinadən bildirir.

Oyunçunun yeni komandası ilə icarə müqaviləsi cari mövsümün sonuna qədər qüvvədədir.
Yarımmüdafiəçi bu mövsüm yalnız bir “Siti” oyununda meydana çıxıb və qol vurmayıb.

Transfermarkt-ın məlumatına görə, onun hazırkı bazar dəyəri 6 milyon avrodur. Ötən mövsüm Filips icarə əsasında “İpsviç Taun”da oynayıb.

“Şeffild Yunayted” hazırda Çempionşip turnir cədvəlində 36 xalla 17-ci yerdədir.

İdman.Biz