Səudiyyə Ərəbistanı Pro Liqasının 20-ci turunun “Əl-Hilal” və “Əl-Əhli” komandaları arasında keçirilən oyun başa çatıb.
İdman.Biz bildirir ki, komandalar “Kingdom Arena”da (Ər-Riyad) oynayıblar. Yekun hesab 0:0 olub.
“Əl-Hilal”ın yarımmüdafiəçisi Salem Əl-Dovsarinin 84-cü dəqiqədə vurduğu qol VAR müdaxiləsindən sonra sayılmayıb.
“Əl-Hilal” bununla da mövsümdəki ümumi xallarını 47-yə çatdırıb və Səudiyyə Ərəbistanı liqasının turnir cədvəlində birinci yerə qayıdıb. “Əl-Əhli” 44-cü xalını qazandı və üçüncü yerdə qalıb. “Əl-Nəsr” 46 xalla ikinci yerdədir.
