“Roma” heyətini hazırda “Selta Viqo”da icarə əsasında çıxış edən “Bavariya”nın cinah oyunçusu Brayan Saraqosa ilə gücləndirmək istəyir.
İdman.Biz-in məlumatına görə, jurnalist Fabritsio Romano bu barədə özünün X sosial media səhifəsində məlumat verib.
Mənbənin məlumatına görə, İtaliya klubu artıq oyunçu ilə müqavilə şərtlərini razılaşdırıb və klublar arasında danışıqlar davam edir.
Bu mövsüm 26 matçda Saraqosa iki qol vurub və dörd məhsuldar ötürmə edib. Onun Münhen klubu ilə müqaviləsi 2029-cu ilin yayına qədərdir. Transfermarkt-ın məlumatına görə, Saraqosanın hazırkı bazar dəyəri 10 milyon avrodur.
