Liqa 1: “Lans” evdə “Havr”dan üstün olub

31 Yanvar 2026 02:19
243
Liqa 1: “Lans” evdə “Havr”dan üstün olub

Fransa Liqa 1-də “Lans” və “Havr” komandaları arasında keçirilən matç başa çatıb.

İdman.Biz bildirir ki, oyun Lansdakı “Bollar Delelis” stadionunda reallaşıb. Matçı baş hakim Jeremi Stina idarə edib.

Qarşılaşma 1:0 hesabı ilə “Lans”ın xeyrinə başa çatıb.

Matçın yeganə qolunu birinci hissəyə əlavə edilmiş 1 dəqiqədə “Lans”ın müdafiəçisi Ruben Aqilar vurub.

“Lans” 46 xalla turnir cədvəlinə liderlik edir. “Havr” 20 xalla 15-ci yerdədir.

İdman.Biz
Məqalədə: