“Flamenqo” rəsmi saytında 28 yaşlı yarımmüdafiəçi Lukas Paketanın “Vest Hem”dən transfer olunduğunu elan edib.
İdman.Biz bildirir ki, onun müqaviləsi 2030-cu ilin sonuna qədərdir və o, “qırmızı-qaralar”da 20 nömrəli formanı geyinəcək.
Jurnalist Fabrizio Romanonun sözlərinə görə, “Flamenqo” Paketa üçün Braziliyada rekord məbləğ olan 42 milyon avro ödəyib.
Paketa “Flamengo”nun gənclər sisteminin yetirməsidir. 2019-cu ildə yarımmüdafiəçi “Flamengo”dan “Milan”a keçib. O, 2022-ci ilin yayından “Vest Hem”də oynayır. Bu müddət ərzində o, bütün turnirlərdə 139 oyunda meydana çıxıb, 23 qol vurub və 15 məhsuldar ötürmə edib. Transfermarkt portalındakı məlumata görə, onun bazar dəyəri 35 milyon avrodur.
