Çempionlar Liqasının rekordçusu “Arsenal”la ilkin müqavilə imzalayıb

31 Yanvar 2026 00:08
109
Çempionlar Liqasının rekordçusu “Arsenal”la ilkin müqavilə imzalayıb

Cinah hücumçusu Maks Doumen Londonun “Arsenal” klubu ilə ilkin müqavilə imzalayıb.

İdman.Biz bildirir ki, Doumen daha əvvəl Çempionlar Liqası tarixində ən gənc oyunçu olub.

“Maks Domenin klubla ilkin müqavilə imzaladığını elan etməkdən məmnunuq və bu, ona dekabr ayında 17 yaşı tamam olduqda peşəkar müqavilə imzalamağa imkan verəcək. Maks akademiyamıza səkkiz yaşında qoşulub və Heyl Enddən keçərək gənclər səviyyəsində rekordlar qırmağa başlayıb. O, cəmi 13 yaşında 18 yaşadək komandada debüt edib və 14 yaşında UEFA Gənclər Liqası tarixində ən gənc qol vuran oyunçu olub. Maks həm hücumçu, həm də cinah yarımmüdafiəçisi kimi eyni dərəcədə effektivdir. Onun texnikası, vizyonu və çox yönlülüyü onu İngiltərənin ən həyəcanverici gənc istedadlarından birinə çevirir.

Maks bu yay klubdan təqaüd alacaq. O, hazırda U18 və U21 səviyyələrində akademiyamızda 34 matçda 27 qol vurub və 10 məhsuldar ötürmə edib”, - “Arsenal”ın rəsmi saytında məlumat verilir.

Bu mövsüm Doumen “topçular”ın böyüklər komandasında bütün yarışlarda beş oyun keçirib.

İdman.Biz