Türkiyə Superliqasında 20-ci turun iki oyunu keçirilib.
İdman.Biz bildirir ki, “Antalyaspor” “Trabzonspor”u qəbul edib. Matç 1:1 hesabı ilə yekunlaşıb.
Oyunda hesabı meydan sahiblərinin oyunçusu Sander van de Strek 43-cü dəqiqədə açıb. 53-cü dəqiqədə Pol Onuaçi cavab topunu vurub.
Turun digər oyununda “Kasımpaşa” və “Samsunspor” üz-üzə gəliblər. Oyun 1:0 hesabı ilə “Samsunspor”un xeyrinə qurtarıb.
Matçda yeganə qolu 90+2-də Jores Assumu vurub.
“Trabzonspor” 42 xalla turnir cədvəlində üçüncüdür. “Samsunspor” 30 xalla 6-cı yerdədir. “Antalyaspor” 20 xalla 11-ci pillədə qərarlaşıb. “Kasımpaşa”nın 16 xalı var və 15-ci yerdədir.
