“Ayntraxt”ın yeni baş məşqçisi məlum olub

30 Yanvar 2026 23:19
93
“Ayntraxt”ın yeni baş məşqçisi məlum olub

“Ayntraxt Frankfurt”un yeni baş məşqçisi müəyyənləşib.

İdman.Biz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Frankfurt təmsilçisini Albert Riera çalışdıracaq. 43 yaşlı mütəxəssislə 2028-ci ilin yayınadək müqavilə imzalanıb.

Albert Rieranın son klubu Slovenyanın “Selye” klubu olub.

“Ayntraxt” Bundesliqanın turnir cədvəlində 19 oyundan sonra 27 xalla 8-ci yerdədir.

İdman.Biz