Çempionlar Liqasının mətbuat xidməti X sosial media səhifəsində bu həftənin yarışının ən yaxşı oyunçularından ibarət simvolik komandanı dərc edib.
İdman.Biz bildirir ki, komandanın qapısında “Benfika”nın qolkiperi Anatoli Trubin yer alıb.
Simvolik komandanın heyəti belədir:
Qapıçı: Anatoli Trubin (“Benfika”).
Müdafiəçilər: Bruno (“Pafos”), Kristian Romero (“Tottenhem”), Den Börn (“Nyukasl Yunayted”), Federiko Dimarko (“İnter”).
Yarımmüdafiəçilər: Aleksis Makallister (“Liverpul”), Malik Tillman (“Bayer”).
Hücumçular: Lamin Yamal (“Barselona”), Andreas Şölderup (“Benfika”), Joao Pedro (“Çelsi”), Kasper Höq (“Bodø-Qlimt”).
Hazırkı turnirin finalı Budapeştdəki “Puşkaş Arenada” 30 may 2026-cı ildə keçiriləcək.
