“Benfika”nın cinah oyunçusu Andreas Şölderup Çempionlar Liqasında həftənin oyunçusu seçilib.
İdman.Biz bu barədə turnirin mətbuat xidməti istinadən bildirir.
Norveçli oyunçu Çempionlar Liqasının əsas mərhələsinin 8-ci turunda “Real Madrid”ə iki qol vurub. Oyunda Lissabon klubu 4:2 hesabı ilə qalib gəlib. “Los Blancos” əsas mərhələnin sonunda ilk səkkiz komanda arasında yer ala bilməyib.
Səsvermədə Şölderup “Çelsi”nin hücumçusu Joao Pedronu (“Napoli” üzərində 3:2 hesablı qələbədə iki qol), “Bayer”in yarımmüdafiəçisi Malik Tillmanı (“Vilyarreal” üzərində 3:0 hesablı qələbədə iki qol) və “Liverpul”un yarımmüdafiəçisi Aleksis Makallisteri (“Qarabağ” üzərində 6:0 hesablı qələbədə iki qol) geridə qoyub.
