Lukas Paketa Braziliyanın “Flamenqo” klubuna keçib

29 Yanvar 2026 09:08
83
Lukas Paketa Braziliyanın “Flamenqo” klubuna keçib

“Vest Hem Yunayted” rəsmi saytında yarımmüdafiəçi Lukas Paketanın tezliklə Braziliyanın “Flamenqo” klubuna keçəcəyini açıqlayıb.

İdman.Biz xəbər verir ki, “Vest Hem Yunayted” Lukas Paketanın tibbi müayinədən keçmək və qiymət barədə razılığa gəldikdən sonra “Flamenqo” ilə şərtlərini müzakirə etmək üçün icazə aldığını təsdiqləyib.

Lukas şəxsi və ailə səbəblərinə görə, 2025-ci ilin iyul ayında Futbol Assosiasiyası tərəfindən qanunazidd hərəkətlər etdiyinə dair ittihamlardan təmizləndikdən sonra Braziliyaya qayıtmaq və yenidən başlamaq istədiyini açıq şəkildə bildirib. Bu vəziyyətin həlli iki il çəkib və onda ciddi psixoloji gərginlik yaradıb.

Klubun Lukası qalmağa razı salmaq üçün bütün səylərinə baxmayaraq, o, ayrılmaqda israr edib. Buna görə də baş məşqçi və klub onun transfer tələbini könülsüz qəbul ediblər.

“Vest Hem Yunayted” Futbol Klubu bu fürsətdən istifadə edərək rəhbərliyimizə, oyunçularımıza, işçi heyətimizə və sadiq azarkeşlərimizə Lukasın klubda olduğu müddət ərzində və xüsusən də son iki il yarım ərzində göstərdikləri sarsılmaz və fədakar dəstəyə görə təşəkkür etmək istəyir. Klub hazırda əlavə şərh verməkdən uzaqdır” - deyə klubun rəsmi açıqlamasında bildirilib.

İdman.Biz