Azərbaycan futbolçusunu Avropa çempionu etmiş mütəxəssis vəfat edib

27 Yanvar 2026 12:34
212
Azərbaycan futbolçusunu Avropa çempionu etmiş mütəxəssis vəfat edib

Rusiya milli komandasının keçmiş baş məşqçisi Boris İqnatyev vəfat edib.

İdman.Biz xəbər verir ki, o, 85 yaşında dünyasını dəyişib.

Boris İqnatyevə 2024-cü ilin dekabr ayında xərçəng diaqnozu qoyulmuşdu.

Qeyd edək ki, tanınmış mütəxəssis 1996-1998-ci illərdə Rusiya yığmasını çalışdırıb. Onun rəhbərliyi ilə SSRİ gənclər yığmasında (U-19) çıxış etmiş Arif Əsədov 1988-ci ildə Avropa çempionu titulunu qazanıb.

İdman.Biz