“Bavariya”da Keynin müqaviləsini uzatmaq üzərində işlədiklərini təsdiqləyiblər

Xəbərlər
26 Yanvar 2026 19:32
97
“Bavariya”da Keynin müqaviləsini uzatmaq üzərində işlədiklərini təsdiqləyiblər

“Bavariya” rəsmi olaraq hücumçu Harri Keynlə müqavilənin uzadılması ilə bağlı danışıqlara başlayıb.

İdman.Biz bildirir ki, jurnalist Florian Plettenberq bu barədə özünün X sosial media səhifəsində məlumat verib.

Mənbənin məlumatına görə, tərəflər 2028 və ya 2029-cu ilə qədər müddətə bağlanacaq yeni əmək müqaviləsi müzakirə edirlər. “Bavariya”nın idman direktoru Maks Eberl bu məlumatı təsdiqləyib.

“Harri ilə danışıqlar aparırıq”, - Eberl deyib.

Qeyd olunur ki, oyunçu həmçinin hazırkı komandasında qalmaq istəyir. Keynin “Bavariya” ilə müqaviləsi 2027-ci ilə qədərdir. Transfermarkt-ın məlumatına görə, ingilis futbolçunun hazırkı bazar dəyəri 65 milyon avrodur. Harri Keyn 2023-cü ildə “Bavariya”ya qoşulub. Bu müddət ərzində o, klubda 126 oyun keçirib, 119 qol vurub və 30 məhsuldar ötürmə edib.

İdman.Biz