“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola komandanın oyunçuları arasında zədələnmələrin çoxluğunun səbəbləri ilə bağlı suala cavab verib.
İdman.Biz bildirir ki, hazırda “Siti”nin yeddi oyunçusu zədəlidir: Mateo Kovaçiç, Yoşko Qvardiol, Con Stounz, Ruben Diaş, Savio, Oskar Bobb və Niko Qonsales.
“Keçən mövsüm bu (zədələnmə epidemiyası) bundan iki ay əvvəl, noyabr ayında baş vermişdi. Bu dəfə isə yanvar ayında baş verdi. Səbəb? Oyunların sayı. Bizim inanılmaz həkimlərimiz, ən yaxşı fizioterapevtlərimiz var. Həkimlər günün 24 saatı işləyirlər. Onlar vəhşicəsinə işləyirlər. İnanılmaz sayda oyun var, amma bu, təkcə “Siti”də deyil, bütün digər komandalarda baş verir”, - “City Xtra”nın X sosial media səhifəsində Qvardiolanın dediyi sözlərdən sitat gətirilib.
