Mik Menyan “Milan”la müqaviləsinin 2031-ci ilə qədər uzadır - Romano

Xəbərlər
24 Yanvar 2026 23:05
56
Mik Menyan “Milan”la müqaviləsinin 2031-ci ilə qədər uzadır - Romano

“Milan”ın qapıçısı Mik Menyan hazırkı klubu ilə müqaviləsinin 2031-ci ilin yayına qədər uzadılmasına şifahi şəkildə razılıq verib.

İdman.Biz bildirir ki, bu barədə jurnalist Fabrizio Romano X sosial media platformasında məlumat verib.

İnsayderin məlumatına əsasən, “rossoneri” Fransa millisinin qapıçısını əsas qolkiper hesab edir və onu komandada saxlamaq istəyir. Daha əvvəl mətbuatda “rossoneri”nin qapıçını hücumçu Rafael Leao ilə birlikdə klubun ən çox maaş alan oyunçusu etməyə hazır olduqları bildirilirdi.

Menyanın hazırkı müqaviləsi 2026-cı ilin iyun ayına qədərdir. Bu mövsüm fransız qapıçı Milan klubunda bütün yarışlarda 24 oyunda iştirak edib və 11 dəfə qapısını toxunulmaz saxlayıb. Transfermarkt onun dəyərini 25 milyon avro olaraq qiymətləndirir.

İdman.Biz