UEFA Avropa Liqası: “Roma”, “Braqa” və “Selta”nın uğuru - YENİLƏNİB + VİDEO

23 Yanvar 2026 01:58
246
UEFA Avropa Liqası: “Roma”, “Braqa” və “Selta”nın uğuru - YENİLƏNİB + VİDEO

Avropa Liqasının 7-ci turunun “Roma” (İtaliya) və “Ştutqart” (Almaniya) komandaları arasında oyunu başa çatıb. Oyun Romadakı “Stadio Olimpico” stadionunda keçirilib. Yekun hesab 2:0 meydan sahiblərinin xeyrinə olub.

40-cı dəqiqədə “Roma”nın yarımmüdafiəçisi Nikkolo Pizilli hesabı açıb. 90+3-də Pizilli ikinci qolunu vurub.

Paralel keçirilən oyunlarda aşağıdakı nəticələr qeydə alınıb:

“Braqa” (Portuqaliya) - “Nottinqem Forest” (İngiltərə) - 1:0
Qol: Morqan Gibbs-Uayt (53);

“Selta Viqo” (İspaniya) - “Lill” (Fransa) - 2:1
Qollar: Uillot Svedberq (1), Karl Starfelt (69); Olivye Jiru (86);

“Dinamo Zaqreb” (Xorvatiya) - FCSB (Rumıniya) - 4:1
Qollar: Monsef Bakrar (7), Dion Belye (11,71), Sandro Kulenoviç (90+3); Daniel Bırlıca (42);

“Ferentsvaroş” (Macarıstan) - “Panatinaikos” (Yunanıstan) - 1:1
Qollar: Yusuf Bamidele (62); Anass Zaruri (86);

“Nitsa” (Fransa) - “Qou Ehed İqlz” (Niderland) - 3:1
Qollar: Şarl Vanhautte (10), Tiaqu Qoveya (41, 59); Finn Ştokkers (68);

“Reyncers” (Şotlandiya) - “Ludoqorets” (Bolqarıstan) - 1:0
Qol: Muhammed Diomande (33);

“Zaltsburq” (Avstriya) - “Bazel” (İsveçrə) - 3:1
Qollar: Kerim-Sem Alaybeqoviç (4,12), Frans Kretsiq (35); Yeremi Aqbonifo (56);

“Utrext” (Niderland) - “Genk” (Belçika) - 0:0.

23:49

Avropa Liqasının 7-ci turunun “Fənərbağça” (Türkiyə) və “Aston Villa” (İngiltərə) arasında oyunu başa çatıb.

İdman.Biz bildirir ki, oyun İstanbuldakı “Ülker Fənərbağça Şükrü Saracoğlu” stadionunda baş tutub. Qonaq komanda 1:0 hesablı qələbəni qeyd edib.

Matçın yeganə qolunu 25-ci dəqiqədə “Aston Villa”nın hücumçusu Ceydon Sanço vurub.

Avropa Liqasının bu saatadək başa çatmış digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:

“Bolonya” (İtaliya) - “Seltik” (Şotlandiya) - 2:2
Qollar: Teys Dallinqa (58), Conatan Rou (72); Reo Hatate (6), Oston Trasti (40);

“Brann” (Norveç) - “Midtyulland” (Danimarka) - 3:3
Qollar: Noa-Jan Holm (19), Emil Kornviq (68), Yoahim Soltvedt (90+10); Martin Erliç (4, 70), Junior Brumado (31);

“Feyenoord” (Niderland) - “Şturm” (Avstriya) - 3:0
Qollar: Tsuesi Vatanabe (5), Anis Hacc Mussa (68), Qonsalu Borjeş (90);

“Frayburq” (Almaniya) - “Makkabi” (Təl-Əviv, İsrail) - 1:0
Qol: İqor Matanoviç (82);

“Malmö” (İsveç) - “Srvena Zvezda” (Serbiya) - 0:1
Qol: Vasiliye Kostov (16);

PAOK (Yunanıstan) - “Real Betis” (İspaniya) - 2:0
Qollar: Andriya Jivkoviç (67), Georgios Yakumakis (86);

“Viktoriya” (Çexiya) - “Portu” (Portuqaliya) - 1:1
Qollar: Lukaş Çerv (6); Deniz Gül (90);

“Yanq Boyz” (İsveçrə) - “Lion” (Fransa) - 0:1
Qol: Eynsli Meytlend-Nayls (45+1).

09:36

Bu gün UEFA Avropa Liqasının əsas mərhələsinin yeddinci turunun oyunları keçiriləcək.

İdman.Biz xəbər verir ki, bu turda 18 qarşılaşma baş tutacaq.

Qarşılaşmaların siyahısını təqdim edirik:

UEFA Avropa Liqası
Əsas mərhələsi
Yeddinci tur
22 yanvar

21:45. “Bolonya” (İtaliya) - “Seltik” (Şotlandiya);
21:45. “Brann” (Norveç) - “Midtyulland” (Danimarka);
21:45. “Fənərbağça” (Türkiyə) - “Aston Villa” (İngiltərə);
21:45. “Feyenoord” (Niderland) - “Şturm” (Avstriya);
21:45. “Frayburq” (Almaniya) - “Makkabi” (Təl-Əviv, İsrail);
21:45. “Malmö” (İsveç) - “Srvena Zvezda” (Serbiya);
21:45. PAOK (Yunanıstan) - “Real Betis” (İspaniya);
21:45. “Viktoriya” (Çexiya) - “Portu” (Portuqaliya);
21:45. “Yanq Boyz” (İsveçrə) - “Lion” (Fransa).
23:59. “Roma” (İtaliya) - “Ştutqart” (Almaniya);
23:59. “Braqa” (Portuqaliya) - “Nottinqem Forest” (İngiltərə);
23:59. “Selta Viqo” (İspaniya) - “Lill” (Fransa);
23:59. “Dinamo Zaqreb” (Xorvatiya) - FCSB (Rumıniya);
23:59. “Ferentsvaroş” (Macarıstan) - “Panatinaikos” (Yunanıstan);
23:59. “Nitsa” (Fransa) - “Qou Ehed İqlz” (Niderland);
23:59. “Reyncers” (Şotlandiya) - “Ludoqorets” (Bolqarıstan);
23:59. “Zaltsburq” (Avstriya) - “Bazel” (İsveçrə);
23:59. “Utrext” (Niderland) - “Genk” (Belçika).

İdman.Biz