“Barselona”nın və Polşa millisinin 37 yaşlı hücumçusu Robert Levandovski bu yay MLS klubuna qoşula bilər.
İdman.Biz bildirir ki, jurnalist Florian Plettenberq bu barədə özünün X sosial media səhifəsində məlumat verib.
Mənbənin məlumatına görə, Şimali Amerika liqası polşalı oyunçu ilə işləmək perspektivini ciddi şəkildə nəzərdən keçirir və oyunçunun özü də maraqlıdır.
Robert Levandovski üçün digər variantlar arasında Səudiyyə Ərəbistanı və ya karyerasını Avropada davam etdirmək var. Onun “Barselona” ilə müqaviləsi 2026-cı ilin iyun ayına qədərdir. O, bu yay karyerasını bitirməyi düşünmür.
