Çempionlar Liqası: İngilis və ispan klublarının zəfəri - YENİLƏNİB + VİDEO

22 Yanvar 2026 02:25
244
Çempionlar Liqası: İngilis və ispan klublarının zəfəri - YENİLƏNİB + VİDEO

Almaniyanın "Bavariya" klubu ilə Belçikanın “Yunion” klubu arasında UEFA Çempionlar Liqasının yeddinci turunun oyunu başa çatıb.

İdman.Biz xəbər verir ki, komandalar Almaniyanın Münhen şəhərindəki “Arena München” stadionunda qarşılaşıblar.

Meydan sahibləri 2:0 hesablı qələbə qazanıblar.

“Bavariya”nın hücumçusu Harri Keyn 52-ci dəqiqədə hesabı açıb. Keyn 55-ci dəqiqədə penaltidən ikinci qolunu vurub.

Turun digər oyununda “Liverpul” Fransada “Marsel”in qonağı olub. Qonaqlar matçda 3:0 hesabı ilə qalib ayrılıblar.

“Liverpul”un yarımmüdafiəçisi Dominik Soboslai 45+1-ci dəqiqədə hesabı açıb. Meydan sahiblərinin qapıçısı Xeronimo Rulyi 72-ci dəqiqədə öz qapısına qol vurdu. Kodi Qakponun 90+3-cü dəqiqədə vurduğu qol böyükhesablı qələbəni təmin edib.

“Nyukasl Yunayted” doğma meydançada PSV-ni sınağa çəkib. Oyun meydan sahiblərinin böyükhesablı qalibiyyəti ilə yekunlaşıb – 3:0.

Yohan Vissa səkkizinci dəqiqədə İngiltərə komandasını hesabda irəli çıxarıb. Entoni Qordon 30-cu dəqiqədə ingilislərin üstünlüyünü ikiqat artırıb, Harvi Barns isə 65-ci dəqiqədə hesabı 3:0 edib.

Çexiyada keçirilən “Slaviya” – “Barselona” matçı məhsuldar olub. Qonaqlar 4:2 hesabı ilə qələbə qazanıblar.

“Slaviya”nın yarımmüdafiəçisi Vasil Kuşey 10-cu dəqiqədə hesabı açıb. “Barselona”nın yarımmüdafiəçisi Fermin Lopes 34-cü dəqiqədə hesabı bərabərləşdirib. Səkkiz dəqiqə sonra Lopes ikinci qolunu vuraraq komandasını irəli çıxarıb. “Slaviya” 44-cü dəqiqədə Robert Levandovskinin avtoqolu sayəsində hesabı bərabərləşdirib. “Barselona”nın yarımmüdafiəçisi Dani Olmo 64-cü dəqiqədə qonaqları yenidən irəli çıxarıb. Levandovski 71-ci dəqiqədə komandasının dördüncü qolunu vuraraq yekun hesabı təsdiqləyib.

“Yuventus” Turində “Benfika”nı qəbul edib. İtaliyalılar matçdan 2:0 hesabı ilə qalib ayrılıblar.

55-ci dəqiqədə “Yuventus”un yarımmüdafiəçisi Kefren Türam-Yulyen komandasını hesabda irəli çıxarıb. 64-cü dəqiqədə amerikalı Veston Makkenni Turin təmsilçisinin üstünlüyünü ikiqat artırıb.

İngiltərədə “Çelsi” və Kiprin “Pafos” klubu üz-üzə gəliblər. Matç İngiltərə klubunun minimal hesablı qələbəsi ilə bitib – 1:0.

Oyunun yeganə qolunu 78-ci dəqiqədə Moyses Kaysedo vurub.

“Atalanta” öz meydançasında “Atletik Bilbao” ilə qarşılaşıb. Oyun İspaniya təmsilçisinin qələbəsi ilə qurtarıb – 3:2.

Berqamo klubunun hücumçusu Canluka Skamakka 16-cı dəqiqədə hesabı açıb. “Atletik”in forvardı Qorka Guruzeta 58-ci dəqiqədə bərabərlik qolunu vurub. 70-ci dəqiqədə hücumçu Niko Serrano qonaqları irəli çıxarıb. Dörd dəqiqə sonra yarımmüdafiəçi Robert Navarro “Atletik”in üçüncü qolunu vurub. “Atalanta”nın hücumçusu Nikola Krstoviç 88-ci dəqiqədə fərqi azaldıb.

00:09

Türkiyənin “Qalatasaray” və İspaniyanın “Atletiko Madrid” klubları arasında UEFA Çempionlar Liqasının yeddinci turunun oyunu başa çatıb.

İdman.Biz bildirir ki, komandalar İstanbul şəhərindəki “RAMS Park” stadionunda qarşılaşıblar. Yekun hesab 1:1 olub.

Dördüncü dəqiqədə “Atletiko”nun yarımmüdafiəçisi Culiano Simeone komandasını irəli çıxarıb. 20-ci dəqiqədə isə Madridin müdafiəçisi Markos Llorente öz qapısına qol vurub.

09:43

Bu gün UEFA Çempionlar Liqasında əsas mərhələnin yeddinci turuna yekun vurulacaq.

İdman.Biz xəbər verir ki, ikinci oyun günündə də doqquz matç reallaşacaq.

Bu gün baş tutacaq qarşılaşmaların siyahısını təqdim edirik:

UEFA Çempionlar Liqası
Əsas mərhələ
Yeddinci tur
21 dekabr

21:45. “Qarabağ” (Azərbaycan) - “Ayntraxt” (Almaniya)

21:45. “Qalatasaray” (Türkiyə) – “Atletiko” (İspaniya)

23:59. “Marsel” (Fransa) – “Liverpul” (İngiltərə)

23:59. “Slaviya” (Çexiya) – “Barselona” (İspaniya)

23:59. “Yuventus” (İtaliya) – “Benfika” (Portuqaliya)

23:59. “Bavariya” (Almaniya) – “Yunion” (Belçika)

23:59. “Nyukasl” (İngiltərə) - PSV (Niderland)

23:59. “Atalanta” (İtaliya) – “Atletik” (İspaniya)

23:59. “Çelsi” (İngiltərə) – “Pafos” (Kipr)

İdman.Biz