“Real Madrid”in keçmiş baş məşqçisi Xabi Alonso İspaniya klubundan ayrıldıqdan sonra bir neçə ay futboldan uzaqlaşa bilər.
İdman.Biz bu barədə “Marca”ya istinadən bildirir.
Mənbənin məlumatına görə, 44 yaşlı mütəxəssis müqaviləsini ləğv etdikdən sonra ailəsi ilə vaxt keçirir və ictimai tədbirlərdən qaçmağa çalışır. Alonsonun yay aylarında özünə komanda axtarmağa başlaması gözlənilir. Bildirilir ki, o, oynadığı “Liverpul”dan təklif alsa, fasiləsini dayandırmağa hazırdır.
Alonso əvvəllər “Bayer Leverkuzen”də çalışıb və 2025-ci ilin yayından bəri “Real Madrid”ə rəhbərlik edir. “Real Madrid”in digər keçmiş oyunçusu Alvaro Arbeloa klubun baş məşqçisi vəzifəsini icra etməyə başlayıb. “Real Madrid” 20 oyundan 48 xalla İspaniya çempionatının cədvəlində ikinci yerdədir.
