“Mançester Yunayted” yarımmüdafiəçi üçün “Əl-Hilal”a 23 milyon avro təklif edib

Xəbərlər
20 Yanvar 2026 06:14
38
“Mançester Yunayted” yarımmüdafiəçi üçün “Əl-Hilal”a 23 milyon avro təklif edib

“Mançester Yunayted” yarımmüdafiəçi Ruben Neveş üçün “Əl-Hilal”a rəsmi təklif göndərib.

İdman.Biz xəbər verir ki, bu barədə məlumatı jurnalist Ekrem Konur özünün X sosial şəbəkəsindəki səhifəsində yazıb.

İngiltərə klubu portuqaliyalı futbolçu üçün 23 milyon avro təklif edib və “Əl-Hilal”ın bunu qəbul edəcəyinə ümid edir. Təklif qəbul edilərsə, Mançester klubu oyunçunun özü ilə danışıqlar aparmalı olacaq.

Lakin Neveş Səudiyyə Ərəbistanında özünü rahat hiss edir və əsas məsələ maliyyə şərtləridir. Neveşin “Əl-Hilal”la hazırkı müqaviləsi 2026-cı ilin iyun ayına qədərdir.

Bu mövsüm oyunçu klubun heyətində bütün yarışlarda 21 oyuna çıxıb, səkkiz qol vurub və dörd məhsuldar ötürmə edib. "Transfermarkt"ın məlumatına görə, yarımmüdafiəçinin transfer dəyəri 25 milyon avrodur.

İdman.Biz