“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen icarə əsasında “Jirona”ya keçir.
İdman.Biz-in Fabritsio Romanoya istinadən bildirdiyinə görə, klublar alman qapıçı üçün cari mövsümün sonuna qədər icarə müqaviləsi barədə şifahi razılığa gəliblər. Ter Ştegen daha əvvəl transferə razılıq verib.
Transferin bu həftə rəsmiləşəcəyi gözlənilir.
Ter Ştegen bu mövsüm bir oyun keçirib - Kral Kubokunda “Qvadalaxara”ya qarşı (2:0).
