Seneqalın və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandasının hücumçusu Sadio Mane Afrika Millətlər Kubokunun finalından sonra milli komandadan ayrıldığını təsdiqləyib.
İdman.Biz bildirir ki, Seneqal turnirin həlledici oyununda Mərakeşi 1:0 hesabı ilə məğlub edərək çempion olub.
“Düşünürəm ki, bunu əvvəllər də demişəm, amma bir daha təkrarlayacağam. Əgər hər şey yaxşı gedərsə, Allah qoysa, burada dayanacağam. Düşünürəm ki, növbəti nəslə güvənə bilərik; onlar bu vəzifənin öhdəsindən gələcəklər və mən onların 12-ci oyunçusu olacağam”, - deyə RMC Sport Manedən sitat gətirir.
Sadio Mane Afrika Millətlər Kubokunun ən yaxşı oyunçusu seçilib. 33 yaşlı hücumçu yeddi matçda iki qol vurub və iki məhsuldar ötürmə edib. O, həmçinin finalın sonlarında mübahisəli penaltidən sonra komandasını meydana qaytarıb.
