Seneqal prezidenti Bassiru Diomay Fay milli komandanın Afrika Kubokunun finalında Mərakeş üzərində qələbəsindən sonra mühüm qərar verib.
İdman.Biz xəbər verir ki, dövlət başçısı xalqa müraciət edərək 19 yanvar tarixini rəsmi bayram günü və əməkhaqqı saxlanılmaqla qeyri-iş günü elan etdiyini açıqlayıb.
Bununla da, bu gün Seneqalda milyonlarla insan işə çıxmayacaq və milli komandanın tarixində ikinci Afrika Kuboku zəfəri ölkə üzrə ümumxalq bayramı kimi qeyd olunacaq.
