UEFA Konfrans Liqasının püşkü atıldı - YENİLƏNİB + FOTO

16 Yanvar 2026 16:52
258
UEFA Konfrans Liqasının püşkü atıldı - YENİLƏNİB + FOTO

UEFA Konfrans Liqasının pley-off mərhələsi üzrə püşkatma mərasimi baş tutub.

İdman.Biz xəbər verir ki, püşkün nəticələrinə əsasən turnirdə Türkiyəni təmsil edən yeganə klub olan “Samsunspor”un da bu mərhələdə qarşılaşacağı rəqib müəyyənləşib.

Superliqa təmsilçisi pley-offda Şimali Makedoniyanın “Şkendiya” klubu ilə qarşılaşacaq.

Qeyd edək ki, pley-off mərhələsinin ilk oyunları fevralın 19-da, cavab qarşılaşmaları isə fevralın 26-da keçiriləcək.

Püşkatmanın nəticələri:

“KuPS” (Finlandiya) - “Lex” (Polşa)

“Zrinski” (Bosniya və Herseqovina) - “Kristal Pelas” (İngiltərə)

“Şkendiya” (Şimali Makedoniya) - “Samsunspor” (Türkiyə)

“Siqma” (Çexiya) - “Lozanna” (İsveçrə)

“Noa” (Ermənistan) - “AZ Alkmaar” (Niderland)

“Yagelloniya” (Polşa) - “Fiorentina” (İtaliya)

“Drita” (Kosovo) - “Selye” (Sloveniya)

“Omoniya” (Kipr) - “Riyeka” (Xorvatiya).

12:51

Bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinin püşkatma mərasimi keçiriləcək.

İdman.Biz xəbər verir ki, tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Turnirdə mübarizə aparan 36 komandadan 24-ü növbəti mərhələyə adlayıb.

Liqa mərhələsini ilk səkkiz pillədə başa vuran komandalar birbaşa 1/8 finala vəsiqə qazanıblar.

Qalan 16 kollektiv isə pley-off mərhələsində çıxış edəcək. Bu komandaların səkkizi səpələnmiş, səkkizi isə səpələnməmişlər səbətində yer alıb.

Səpələnmişlər: “Alkmaar” (Niderland), “Selye” (Sloveniya), “Kristal Palas” (İngiltərə), “Fiorentina” (İtaliya), Lausanne-Sport (SUI), “Lex”(Polşa), “Riyeka” (Xorvatiya), “Samsunspor” (Türkiyə) (9-16-cı yeri tutanlar)

Səpələnməmişlər: “Drita” (Kosova), “Yagelloniya” (Polşa), KuPS (Finlandiya), “Noa” (Ermənistan), “Omoniya” (Kipr), “Şkendiya” (Makedoniya), “Siqma” (Çexiya), “Jrinski” (Βosniya və Herseqovina) (17-24-ci yeri tutanlar)

Qeyd edək ki, pley-off mərhələsinin oyunları 19 və 26 fevral tarixlərində keçiriləcək.

İdman.Biz