İngiltərə Premyer Liqası sosial media hesabında “Mançester Yunayted”in keçmiş hücumçusu Kriştianu Ronaldunun 2021-ci ildə Maykl Kerrikin məşqçilik fəaliyyəti ilə bağlı paylaşımından sitat gətirib.
İdman.Biz xəbər verir ki, o vaxt ingilis mütəxəssis komandanın baş məşqçisi vəzifəsini icra edirdi. 13 yanvar 2026-cı ildə Kerrik “qırmızı şeytanlar”ın sükanı arxasına qayıdıb və cari mövsümün sonuna qədər komandaya rəhbərlik edəcək.
“Maykl Kerrik yaxşı oyunçu idi və əla məşqçi ola bilər. Bu oğlan üçün mümkün olmayan heç nə yoxdur. Şəxsən mən onunla birlikdə oynadığım və həmçinin onu ehtiyat oyunçular skamyasında məşqçi olduğu üçün qürur duyuram”, - deyə İPL sosial media hesabında Ronaldunun sözlərini sitat gətirib.
İngiltərə Premyer Liqasının 21 oyunundan sonra “mankunianlılar”ın 32 xalı var və onlar yeddinci yerdədirlər.
