Maykl Kerrikin “Mançester Yunayted”in baş məşqçisi təyin olunmasına baxmayaraq, klub uzunmüddətli baş məşqçi axtarışındadır və Ruben Amorimin yerinə namizədləri nəzərdən keçirir.
İdman.Biz-in “Daily Mail”ə istinadən məlumatına görə, “Marsel”in baş məşqçisi Roberto De Dzerbi çalışdırıcı vəzifəsinə əsas namizədlərdən biridir.
İtalyan məşqçi “Brayton” və “Marsel”dəki işi ilə diqqət çəkib. De Dzerbi taktiki çoxyönlülüyü və Avropa liqalarının aparıcı komandalarındakı təcrübəsi ilə tanınır və bu da onu “qırmızı şeytanlar” üçün cəlbedici seçimə çevirir.
De Dzerbidən başqa, potensial namizədlər siyahısında Premyer Liqa və milli komanda təcrübəsi olan məşqçilər də var. Bunlara Oliver Qlasner, Marko Silva, Andoni İraola, eləcə də dünya çempionatından sonra mövcud ola biləcək Tomas Tuxel, Maurisio Poçettino və Karlo Ançelotti kimi tanınmış adlar daxildir.
