İspaniya Kubokunun “Deportivo” və “Atletiko Madrid” arasında keçirilən 1/8 final mərhələsinin oyunu başa çatıb.
İdman.Biz bildirir ki, Madrid klubu 1:0 hesabı ilə qalib gəlib.
Oyunun yeganə qolunu 61-ci dəqiqədə Antuan Qrizman vurub.
Beləliklə, “Atletiko Madrid” turnirin növbəti mərhələsinə vəsiqə qazanıb.
Hazırkı Kubokun sahibi “Barselona”dır.
