“Real Madrid”in hücumçusu Kilian Mbappe İspaniya Superkubokunun finalında “Barselona”ya uduzacaqları təqdirdə Xabi Alonsonun qovula biləcəyindən şübhələnirmiş və matçda ispan məşqçiyə kömək etməyə çalışıb. Lakin zədə səbəbindən Mbappe meydana yalnız 76-cı dəqiqədə daxil olub.
İdman.Biz xəbər verir ki, oyun 3:2 hesabı ilə “Barselona”nın xeyrinə bitib.
Bu barədə “L'Equipe” qəzeti məlumat verir.
Mənbənin məlumatına görə, Mbappe və Alonso məşqçinin komandada olduğu müddətdə yaxşı münasibətlər qurublar. Vurğulanır ki, onlar futboldan əlavə, gündəlik həyatı da müzakirə edirmişlər.
Alonso ötən yaydan bəri “Real Madrid”in baş məşqçisi idi. Bazar ertəsi, 12 yanvar tarixində “Kral klubu” ispaniyalı ilə tərəfdaşlığının bitdiyini elan edib.
