Türkiyə Kubokunda ikinci turun oyunları keçirilib.
İdman.Biz bildirir ki, “Fethiyespor” öz meydançasında “Qalatasaray”la qarşılaşıb.
Oyun 2:1 hesabı ilə İstanbul klubunun qələbəsi ilə bitib. “Qalatasaray”lı İkardi penalti zərbəsini dəqiq yerinə yetirə bilməyib.
İstanbulun daha bir klubu – “Başakşehir” də qələbə qazanıb. İstanbullular “Boluspor”u 2:1 hesabı ilə məğlub ediblər.
“Qaziantep” də öz meydançasında “Kocaelispor”dan üstün olub – 1:0.
“Alanyaspor” isə doğma meydançada “Fatih Karagümrük”ün müqavimətini qıra bilməyib – 2:2.
