“Mançester Yunayted” rəsmi saytında cari mövsümün sonuna qədər Maykl Kerrikin baş məşqçi təyin olunduğunu elan edib.
Klub 5 yanvarda Ruben Amorimin baş məşqçi vəzifəsindən getdiyini elan edib. Portuqaliyalı məşqçi 11 noyabr 2024-cü ildən 5 yanvar 2026-cı ilə qədər “Mançester Yunayted”də çalışıb.
Kerrik 2006-cı ildən 2018-ci ilə qədər “qırmızı şeytanlar”da oynayıb. Bu müddət ərzində keçmiş yarımmüdafiəçi bütün turnirlərdə 464 oyunda meydana çıxıb, 24 qol vurub və 35 məhsuldar ötürmə edib. “Mançester Yunayted”ə təyin olunmazdan əvvəl 44 yaşlı mütəxəssis “Midlsbro”nu çalışdırıb.
İngiltərə Premyer Liqasının 21 oyunundan sonra “mankunianlılar”ın 32 xalı var və hazırda yeddinci yerdədir.
