“Əl-Nəsr” Pro Liqa matçında “Əl-Hilal”a məğlub olub - VİDEO

Xəbərlər
12 Yanvar 2026 23:56
53
“Əl-Nəsr” Pro Liqa matçında “Əl-Hilal”a məğlub olub

Səudiyyə Ərəbistanı Pro Liqasının 15-ci turunda “Əl-Hilal” və “Əl-Nəsr” komandaları arasında keçirilən oyun başa çatıb.

İdman.Biz bildirir ki, komandalar Ər-Riyad şəhərindəki “Kingdom Arena”da oynayıblar. Ev sahibi komanda 3:1 hesablı qələbə qazanıb.

“Əl-Nəsr”in hücumçusu Kriştianu Ronaldu oyunun ilk qolunu 42-ci dəqiqədə vurub. Yarımmüdafiəçi Salem Əl-Dovsari 57-ci dəqiqədə penaltidən vurduğu qolla hesabı bərabərləşdirib. Məhəmməd Kanno 81-ci dəqiqədə qonaqların qapısına ikinci qolu vurub. “Əl-Hilal”ın hücumçusu Ruben Neveş isə 90+2-ci dəqiqədə son qolu vurub.

Bu matçdakı qolla Kriştianu Ronaldu karyerasındakı qolların sayını 959-a çatdrıb.

İdman.Biz