Alvaro Arbeloa “Real Madrid”in yeni baş məşqçisi təyin olunub

12 Yanvar 2026 21:38
596
Alvaro Arbeloa “Real Madrid”in yeni baş məşqçisi təyin olunub

“Real Madrid” Alvaro Arbeloanın baş məşqçi təyin olunduğunu elan edib.

İdman.Biz bildirir ki, Arbeloa daha əvvəl “Real Madrid Kastilya”nı çalışdırıb.

Bu təyinat Xabi Alonsonun klubdan ayrılmasından sonra baş tutub. Klubun mətbuat xidməti bu gedişi təsdiqləyib.
Xabi Alonso 2025-ci ilin yayından bəri komandaya rəhbərlik edirdi.

İdman.Biz