“Mançester Siti” “Brentford”un sağ cinah müdafiəçisi Mikael Kayodeni izləyir.
İdman.Biz-in “Caught Offside”a istinadən məlumatına görə, klub 21 yaşlı futbolçunun müdafiədəki sakitliyindən və hücuma qoşulmaq qabiliyyətindən təsirlənib.
Mənbənin məlumatına görə, İngiltərə klubundan əlavə, “Bavariya”, “Yuventus” və “İnter” də italiyalı oyunçunu izləyir. Qış transfer pəncərəsində rəsmi təklif alınarsa, “Brentford” Kayode üçün 35-40 milyon avro tələb edəcək. Qeyd olunur ki, müdafiəçinin qiyməti gələn yay arta bilər.
Kayode bu mövsüm bütün yarışlarda 25 oyunda meydana çıxıb və qol vurmayıb. Onun klubla müqaviləsi 2030-cu ilin yayına qədərdir. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 20 milyon avrodur.
