“Barselona” “Atletik Bilbao”nu məğlub edərək İspaniya Superkubokunun finalına çıxıb - VİDEO

Xəbərlər
8 Yanvar 2026 00:54
105
“Barselona” “Atletik Bilbao”nu məğlub edərək İspaniya Superkubokunun finalına çıxıb

“Barselona” və “Atletik Bilbao” arasında İspaniya Superkubokunun yarımfinal oyunu başa çatıb.

İdman.Biz bildirir ki, komandalar Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki “Kral Abdullah Sports City” stadionunda qarşılaşıblar. “Blauqrana” 5:0 hesabı ilə qalib gəlib.

22-ci dəqiqədə “Barselona”nın hücumçusu Ferran Torres klubuna üstünlük qazandırıb. 30-cu dəqiqədə yarımmüdafiəçi Fermin Lopez “blauqrana”nın üstünlüyünü ikiqat artırıb. 34-cü dəqiqədə “Barselona”nın cinah oyunçusu Runi Barqi komandasının üstünlüyünü üç topa çatdırıb. 39-cu dəqiqədə braziliyalı Rafinya kataloniyalıların dördüncü qolunu vurub. Rafinya 52-ci dəqiqədə öünün ikinci qoluna imza atıb.

Bununla da “Barselona” 11 yanvar bazar günü keçiriləcək İspaniya Superkuboku finalına vəsiqə qazanıb. “Blauqrana”nın rəqibi “Atletiko” və “Real” arasında keçiriləcək Madrid derbisinin qalibi olacaq.

İdman.Biz