“Latsio” və “Fiorentina” sülhlə ayrılıblar - YENİLƏNİB + VİDEO

Xəbərlər
8 Yanvar 2026 02:08
81
“Latsio” və “Fiorentina” sülhlə ayrılıblar

İtaliya A Seriyasının 19-cu turunun “Latsio” və “Fiorentina” komandaları arasında keçirilən oyun başa çatıb.

İdman.Biz bildirir ki, oyun Romadakı “Stadio Olimpiko” stadionunda keçirilib. Matç 2:2 hesabı ilə bitib.

İtaliya A Seriyası mövsümünün 19-cu turunun “Parma” və “İnter” komandaları arasında keçirilən oyun da başa çatıb. Komandalar İtaliyanın Parma şəhərindəki “Ennio Tardini” stadionunda qarşılaşıblar. Qonaqlar 2:0 hesablı qələbəni qeyd ediblər.

Turun bir digər oyununda “Udineze” səfərdə “Torino”nu məğlub edib - 2:1.

23:54

İtaliya A Seriyası mövsümünün 19-cu turunda “Napoli” və “Verona” arasında keçirilən oyun başa çatıb.

Komandalar Neapoldakı “Dieqo Armando Maradona” stadionunda oynayıblar. Oyun 2:2 hesablı heç-heçə ilə başa çatıb.

16-cı dəqiqədə “Verona” komandasının danimarkalı müdafiəçisi Martin Frese hesabı açıb. 27-ci dəqiqədə hücumçu Gift Orban penalti ilə fərqini ikiqat artırıb. 54-cü dəqiqədə “Napoli”nin yarımmüdafiəçisi Skott MakTominey fərqi azaldıb. 82-ci dəqiqədə ev sahibi komandanın müdafiəçisi Covanni Di Lorenzo hesabı bərabərləşdirib.

23:41

İtaliya A Seriyasının 19-cu turunda “Bolonya” və “Atalanta” komandaları arasında keçirilən oyun başa çatıb.

İdman.Biz bildirir ki, matç Bolonyadakı “Stadio Renato Dall'Ara” stadionunda baş tutub. Qonaqlar 2:0 hesabı ilə qalib gəliblər.

İlk qolu Nikola Krstoviç vurub. Hücumçu hesabı ilk hissənin 37-ci dəqiqəsində açıb. Krstoviç ikinci hissənin 60-cı dəqiqəsində ikinci qolunu vurub.

“Atalanta” bu mövsüm 19 oyundan 28 xal toplayaraq İtaliya liqasının cədvəlində yeddinci yerdədir. 26 xalla “Bolonya” səkkizinci yerdədir.

İdman.Biz