Keçmiş hücumçu Zlatan İbrahimoviç onun üslubuna təsir edən idmançılar haqqında danışıb.
İdman.Biz xəbər verir ki, o, Ronaldunun tarixin ən yaxşı futbolçusu olduğunu qeyd edib.
“Mənim üçün Ronaldu bütün dövrlərin ən yaxşı oyunçusu olub və qalır. Bir çox əla futbolçu var, amma mənim üçün o, bir nömrəlidir. O vaxtlar sosial media yox idi. Kitabxanaya gedir, videolara baxır, onun topu necə atdığını və hərəkətlərini izləmək üçün gizlənirdim. Bu fəndləri öyrənmək istəyirdim. Nədənsə, Məhəmməd Əli və Ronaldudan ilhamlanaraq öz stilimi inkişaf etdirdim.
O vaxtlar ağ-qara olan televiziyada (Məhəmməd Əliyə) baxırdım. Onun necə danışdığını, necə davrandığını müşahidə etdim. O, təkəbbürlü deyildi. Uşaq vaxtı dərhal onun kim olduğunu bilmək istədim. Öz-özümə dedim ki, “Mən onun kimi olmaq istəyirəm, amma futbolda”. Matçları izləməyə başladım və Ronaldunu ilk dəfə o zaman gördüm”, - deyə Sky Sport Italia İbrahimoviçin sözlərini sitat gətirir.
