“Daily Mail” qəzetinin məlumatına görə, yarımmüdafiəçilər Kobbi Maynu və Manuel Uqarte, eləcə də hücumçu Coşua Zirkzee, Ruben Amorim klubda qalacağı təqdirdə “Mançester Yunayted”dən ayrılmağa hazır imişlər.
İdman.Biz bildirir ki, yanvarın 5-də “qırmızı şeytanlar” portuqaliyalı menecerlə münasibətlərinə son qoyduqlarını açıqlayıblar. O, 2024-cü ilin noyabr ayından “Mançester Yunayted”ə rəhbərlik edirdi.
Mənbənin məlumatına görə, Amorim meydandan kənarda “emosional vulkan” imiş. Klub rəhbərliyinin menecerin qovulmasından əvvəl belə davranışından narazı olduğu vurğulanır. Xüsusilə, o, 2025-ci ilin yanvarında komandasının tarixin ən pis “Mançester Yunayted”i olduğunu bildirəndə bu sözlər klubun oyunçularını da sevindirməyib.
