PSJ-nin baş məşqçisi Enrike müqaviləsini yeniləməkdən imtina edib - VİDEO

Xəbərlər
6 Yanvar 2026 22:59
83
PSJ-nin baş məşqçisi Enrike müqaviləsini yeniləməkdən imtina edib - VİDEO

“Pari Sen-Jermen”in baş məşqçisi Luis Enrike klubunu dəyişə bilər.

İdman.Biz-in Bild-ə istinadən məlumatına görə, ispaniyalı mütəxəssis Fransa klubunun ona təklif etdiyi yeni müqaviləni rədd edib.

Mənbənin məlumatına əsasən, Luis Enrike komandadan ayrılmaq və yeni məşqçilik çağırışı ilə üzləşmək istəyir. İspan məşqçinin hazırkı müqaviləsi gələn mövsümün sonuna, 30 iyun 2027-ci ilə qədərdir.

Luis Enrike 2023-cü ilin yayından bəri PSJ-yə rəhbərlik edir. Məşqçi Paris klubu ilə iki Fransa çempionluğu, iki Fransa Kuboku və bir Fransa Superkuboku, bir UEFA Superkuboku, bir FİFA Qitələrarası Kuboku və UEFA Çempionlar Liqasını qazanıb.

@idman.biz “Pari Sen-Jermen”in baş məşqçisi Luis Enrike klubunu dəyişə bilər. İdman.Biz-in Bild-ə istinadən məlumatına görə, ispaniyalı mütəxəssis Fransa klubunun ona təklif etdiyi yeni müqaviləni rədd edib. #futbol⚽️ ♬ original sound - Idman və Biz
İdman.Biz