Manolo Qonsales La Liqanın dekabr ayının ən yaxşı məşqçisi seçilib

Xəbərlər
5 Yanvar 2026 20:50
67
Manolo Qonsales La Liqanın dekabr ayının ən yaxşı məşqçisi seçilib

“Espanyol”un baş məşqçisi Manolo Qonsales La Liqanın dekabr ayının ən yaxşı məşqçisi seçilib.

İdman.Biz bildirir ki, müvafiq məlumat İspaniya Primerasının rəsmi saytında yerləşdirilib.

Ötən ay onun rəhbərliyi altında “ağ-göylər” üç oyundan üçündə qələbə qazanaraq “Rayo Valyekano”nu (1:0), “Xetafe”ni (1:0) və “Atletik Bilbao”nu (2:1) məğlub ediblər. Hans-Diter Flik (“Barselona”) və Klaudio Xiraldes (“Selta Viqo”) da mükafat uğrunda mübarizə aparıblar.

“Espanyol” hazırda İspaniyanın yüksək liqasında 33 xalla beşinci yerdədir.

“Espanyol” əvvəlki turda “Barselona”ya uduzub (0:2) və növbəti turda “Levante” ilə qarşılaşacaq.

İdman.Biz