İslandiyada futbol turnirini azərbaycanlı hakim qızı ilə birlikdə idarə edib - FOTO

Xəbərlər
19 Dekabr 2023 17:32
510
İslandiyada futbol turnirini azərbaycanlı hakim qızı ilə birlikdə idarə edib - FOTO

İslandiyanın Aküreyri şəhərində keçirilən futbol üzrə Kyarnafed liqası turnirinin tarixində əlamətdar hadisə baş verib.

İdman.biz xəbər verir ki, matça Azərbaycan əsilli islandiyalı Zakir Jon Həsənov hakimlik edib.

Yan xəttlərdə isə ona qızı - İslandiya Futbol Federasiyasının ən gənc hakimi Leyla Osk və həmkarı Sveyn Tordi Tordarson kömək ediblər.

“Bu, turnirdə ilk və yeganə haldır. Gənc qızların hakimliyə maraq göstərməsini görmək həqiqətən xoşdur” - deyə İslandiya mediası yazıb.

Qeyd edək ki, Zakir Həsənov “Azəri” İslandiya-Azərbaycan Cəmiyyətinin sədridir.

İdman.biz