İspaniya La Liqasının 18-ci turunda “Selta Viqo” ilə oyundan sonra “Valensiya” azarkeşləri komandanı hava limanına aparan avtobusun pəncərəsini sındırıblar.
İdman.Biz bildirir ki, matç 4:1 hesabı ilə “Selta”nın xeyrinə qurtarıb.
“Valensiya” Futbol Klubu azarkeşlərin komandanın son nəticələrindən məyusluğunu başa düşür. Lakin klub komandanın hava limanına gəlişi zamanı avtobusun pəncərələrindən birinin sındırılması ilə bağlı baş verən hadisədən dərin təəssüf hissi keçirir. Bu cür zorakılıq oyunçulara və ya məşqçi heyətinin üzvlərinə zərər verə bilərdi. “Valensiya” Futbol Klubu bütün növ zorakılığı qətiyyətlə pisləyir", - deyə “Valensiya”nın rəsmi sosial media səhifəsində dərc olunmuş bəyanatda bildirilir.

İspaniya liqasında 18 oyundan sonra “Valensiya”nın 16 xalı var və 17-ci yerdədir.
